“Zirə”nin legioneri: “Bakı gözəl şəhərdir, burada ucuzluqdur”

31 Oktyabr 2023 12:15

"Bakı gözəl şəhərdir və burada ucuzluqdur".

Milli.Az "report"a istinadən bildirir ki, bunu "gsp.ro" saytına açıqlamasında "Zirə"nin futbolçusu Stefan Aka deyib.

Kot-d'İvuardan olan müdafiəçi Azərbaycanda işlərinin yolunda getdiyini bildirib: "Burada çox xoşbəxtəm, işlərim yaxşı gedir. "Zirə"nin əksər matçlarında meydana çıxıram. Hazırda da Premyer Liqada birinci yerdəyik".

Qeyd edək ki, Stefan Aka bu mövsüm Premyer Liqada 7 oyun keçirib.

Milli.Az