Məşhur cütlük evlənir

31 Oktyabr 2023 19:28

Amerikalı aktyor Çenninq Tatum sevgilisi aktrisa Zoë Kravitzlə evlənir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Zoeyə evlilik təklifi edib, aktrisa isə cavabında ona "Hə" deyib.

Qeyd edək ki, cütlük 2021-ci ildən münasibətdədirlər.

Çenninq daha əvvəl Cenna Duanla evli olub. Onların Everli adlı bir qızı var. İkili 2018-ci ildə boşanıblar. 

Milli.Az