Türkiyə Cümhuriyyətinin 100-cü ilinin ilk körpəsi İstanbul şəhərində dünyaya gəlib. Oktyabrın 29-da doğulan körpəyə Ata adı verilib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyəti yaranmasının 100-cü ildönümünü qeyd edərkən, İstanbulda Yağmur və Ərdəm Öztürk cütlüyü əsrin ilk dəqiqələrində dünyaya gələn körpələrinə Ata adını qoyublar. Oktyabrın 29-da saat 00:05-də Kavacıkdakı özəl xəstəxanalardan birində dünyaya gələn Ata Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünün ilk dəqiqələrində dünyaya gələn körpə kimi tarixə düşüb.
Ata Ərdəm Öztürk, "Oktyabrın 29-na təsadüf etdiyi üçün çox xoşbəxtik. Həkimimiz körpənin 29 oktyabrda dünyaya gələcəyini deyəndə, dərhal bir ad düşünməyə başladıq. Ən uyğun ad olaraq "Ata"nı təyin etdik. Körpəmizin adı Ata Öztürkdür, sevinirik, həyəcanlıyıq",- deyə bildirib.
Milli.Az