Holand ilin ən yaxşı hücumçusu seçildi

31 Oktyabr 2023 10:25

Parisdə keçirilən "Qızıl top"un təqdimetmə mərasimində ilin ən yaxşı hücumçusunun adına aydınlıq gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, "Mançester Siti"nin norveçli forvardı Erlinq Holand olub.

Futbolçuya Herd Müller adına mükafat təqdim edilib.

Milli.Az