BMT: Qəzza zolağında öldürülənlərin 70%-i qadın və uşaqdır

31 Oktyabr 2023 08:10

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən Qəzza zolağında öldürülənlərin təxminən 70%-ni qadınlar və uşaqlar təşkil edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.

"Qəzza zolağında həlak olanların təxminən 70%-i qadın və uşaqlardır. 3 həftə ərzində anklavda təxminən 3,2 min uşaq öldürülüb" - Lazzarini bildirb.

BMT rəsmisinin sözlərinə görə, Qəzza zolağında mülki əhalinin sığınacaq tapmağa çalışdığı kilsələr, məscidlər, xəstəxanalar və UNRWA obyektləri atəşə tutulur.

Milli.Az