F-16-lar Ukraynaya nə vaxt çatdırılacaq?

30 Oktyabr 2023 22:02

"Ukrayna üçün F-16 qırıcıları iki həftəyə Rumıniyaya çatdırılacaq".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Niderlandın Baş naziri Mark Rutte "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu o deməkdir ki, yaxın vaxtlarda ukraynalı pilotlar üçün hazırlıq kursları başlaya bilər", - o qeyd edib.

Baş nazir onu da vurğulayıb ki, ölkəsi Rusiyanın davamlı təcavüzü qarşısında Ukraynanı lazım olduğu qədər və uzun müddət dəstəkləməyə davam edəcək: "İsrail və Qəzzadakı dağıdıcı vəziyyət diqqətimizi Ukraynadan yayındırmayacaq".

Milli.Az