Moskvada "qanuni oğru" saxlanıldı

30 Oktyabr 2023 20:58

Moskvada polis sərxoş halda şəhərdə avtomobil idarə edən "qanuni oğru"nu saxlayıb.

Milli.Az "Unikal"-a istinadən xəbər verir ki,  bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

""Qanuni oğru" Levan Buliskeria sürücülük vəsiqəsindən məhrum edilib. Saxlanılan şəxsdə spirtli sərxoşluq əlamətləri aşkarlanıb", - KİV qeyd edib.

Qeyd edək ki, Levan böyük miqdarda narkotik daşıdığına görə cəza çəkib və hallüsinasiyalara görə psixiatriya xəstəxanasında müalicə olunub.

Milli.Az