Qarabağdan aparılan məhbuslardan biri saxlanıldı

30 Oktyabr 2023 20:27

Qarabağdan Ermənistana 11 məhbus gətirilib, onlardan biri saxlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan deyib.

Qazaryan qeyd edib ki, saxlanılan şəxs qətl törətməkdə ittiham edilir.

Bundan əlavə, o bildirib ki, Qarabağdan köçən ermənilərin bəzilərinə qarşı cinayət işləri açılıb və bununla Ermənistanın Milli Təhlükəsizlik Xidməti məşğul olur.

Milli.Az