"Napoli" - "Milan" oyunundan sonra stadionun dayanacağında meyit aşkarlanıb

30 Oktyabr 2023 20:24

İtaliya A Seriyasının X turunda keçirilmiş "Napoli" - "Milan" oyunundan sonra Dieqo Armando Maradona stadionunun yeraltı dayanacağında meyit tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 42 yaşlı kişi meyiti gecə saat 2-dən sonra qonaq sektorunun ərazisində aşkar olunub.

Bildirilib ki, polis biletsiz iki nəfərin tunel vasitəsi ilə tribunalara daxil olmaq istədiyini müəyyən edib. İlkin məlumata görə, ölən şəxs təxminən 20 metr hündürlükdən yerə yıxılıb.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Milli.Az