Zelenskinin Krımdakı evini GÖRÜN KİM ALDI

30 Oktyabr 2023 19:11

Krımın Livadiya qəsəbəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelenanın adına olan mənzil hərrac yolu ilə 44,3 milyon rubla (475 min dollar) satılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hərraca çıxarılan evi Olqa Lipovetskaya adlı şəxs alıb.

Qeyd edək ki, 120 kv.metrlik ev 2023-cü ildə milliləşdirildikdən bir müddət sonra satışa çıxarılmışdı. İlkin olaraq evə 24.6 milyon rubl qiymət qoyulmuşdu.

Milli.Az