Videosu başına bəla oldu: Görün indi necə pul qazanır - FOTOlar

30 Oktyabr 2023 22:45

Medleyn Rayt adı çoxunuza tanış deyil. O, İngiltərədə "Çarlton Athletik"də oynayıb və komanda liderlərindən biri olub.

Milli.Az publika.az-a istinadən xəbər erir ki, qadın futbolçu şampan içdiyi və gülüş qazını içinə çəkdiyi videoya görə klubdan qovulub. Rəhbərlik idman rejiminin pozulmasına, eləcə də nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verdiyi üçün onu cəzalandırıb. Maraqlıdır ki, ona qərarı rəhbərlik söyləməyib. Baş məşqçisi onu yanına cağırıb və komandanı tərk etməli olduğunu bildirib.

Rayt futbola qayıtmaq üçün cəhdlər edib. Formada qalmasına kömək etmək üçün Luk Consu şəxsi məşqçi kimi işə götürüb.

"Son bir neçə gündə məşq edəndə qarışıq emosiyalar hiss etdim. Bir tərəfdə qayıtmağın sevinci, digər tərəfdə isə əvvəlki kimi çevik və iti olmadığım üçün məyusluq vardı. Bu çətin dövrdür. Luka ilə işləmək xoşdur: o, mənə cavab verməli olduğum standartlara qayıtmağa kömək edir", - deyə sarışın gözəl şəbəkə hesabında yazıb.

Ancaq yeni bir klub axtarışı uğursuz olub. Medleyn gəlir mənbəyi tapmaq üçün başqa sahəyə üz tutmaq qərarına gəlib. İndi o, şəkillərini satır, reklamlarda və filmlərdə çəkilir.

Onun qazancının böyük hissəsi "OnlyFans"dan gəlir: ildə təxminən 600 min avro. Sözügedən portalda Rayt ilk 10-luqdadır.

Milli.Az