Bursada sarımsaq və soğandan doymayan 12 yaşlı Eyməni görənlər gözlərinə inana bilmir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evdə meyvə yerinə soğan-sarımsaq boşqabına sevinən Eymen heç vaxt xəstələnmədiyini deyir.
Hər gün soğan və sarımsaq yeyən Eymen məktəbə gedəndə, evdə, dostları ilə çölə çıxanda həmişə yanında sarımsaq gəzdirir.
Eymenin anası Özgül Ayhan, "Uşaqlığından bəri soğan və sarımsaq yeyir. Məktəbə gedəndə belə soğan yemək istəyir. "Oğlum, yemə" deyirəm .İy verir amma məni dinləmir.Soğan yeyir,dişlərini fırçalayır,bazardan ətirli saqqız alıb məktəbə belə gedir. Oğlumla bir yerdə yatırıq.Sarımsaq və soğan yediyi üçün çox pis qoxur, amma hələ də onu bu sevgidən saxlaya bilmirəm",-deyib.
Fidan
Milli.Az