Məşhur müğənninin qızı insult keçirdi

30 Oktyabr 2023 13:10

Məşhur müğənni Valeriya və prodüser İosif Priqojinin qızı Danaya Priqojina mikroinsult keçirib.

Milli.Az olay-a istinadən bildriir ki, bu barədə 26 yaşlı Danaya özü məlumat verib. 

"İndi də bu barədə danışmaq mənim üçün çətindir və istəmirəm. Amma başa düşürəm ki, bunu gizlətmək mümkün olmayacaq. Mən mikroinsult keçirmişəm.  Bunun bir çox səbəblər var. Birincisi, əlbəttə ki, stress və 6 il əvvəl baş vermiş qəzanın nəticələridir" - deyə məşhur cütlüyün övladı qeyd edib. 

Milli.Az