Bu ölkədə yaşlı əhalinin sayı rekord həddə çatacaq

30 Oktyabr 2023 18:46

2046-cı ilə qədər yaşlı Rusiya sakinlərinin sayı 37,3 milyon nəfər və ya əhalinin 26,9 faizini təşkil edəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Rosstat" məlumat yayıb.

Qeyd olunur ki, proqnoz 2021-ci ilin məlumatları nəzərə alınmaqla tərtib edilib və yeni rayonların əhalisi nəzərə alınmayıb.

Bildirilir ki, əmək qabiliyyətli yaşdan yuxarı vətəndaşların xüsusi çəkisi 2043-cü ilədək əhalinin 25,8%-ni təşkil edəcək ki, bu da 2018-ci ilin rekordunu üstələyəcək.

Milli.Az