Futbolçu huşunu itirdi, oyun yarımçıq dayandı

30 Oktyabr 2023 10:34

Niderland çempionatının 10-cu turunda keçirilən "AZ Alkmaar" - "Neymegen" matçı yarımçıq dayandırılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki,  buna səbəb qonaq komandanın hücumçusu Bas Dostun oyun zamanı halının pisləşməsi olub.

O, xəstəxanaya çatdırılıb və hazırda vəziyyətinin yaxşı olduğu bildirilib.  

Milli.Az