“Marsel” – “Lion” matçı ləğv edildi

30 Oktyabr 2023 09:46

Fransa Liqa 1-in 29 oktyabr Bakı vaxtı ilə saat 23:45-də başlamalı olan "Marsel" - "Lion" matçı ləğv edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna ev sahibi azarkeşlərin qonaq komandanın avtobusuna hücumu səbəb olub.

Matçın hansı tarixdə keçiriləcəyi qarşıdakı günlərdə bəlli olacaq. 

Qeyd edək ki, "Marsel" azarkeşlərinin hücumu nəticəsində "Lion"un baş məşqçisi Fabio Qrosso xəsarət alıb. 

Milli.Az