Mahnı sifarişinə görə DAVA DÜŞDÜ - Toy yasa çevrildi

30 Oktyabr 2023 08:30

Türkiyədə toyda dava düşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə NTV məlumat yayıb.

Hadisə Aydın vilayətinin Nazilli rayonunda baş verib.

Toyda mahnı sifarişinə görə baş verən davada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Jandarma hadisədən sonra qaçan şübhəlilərin tutulması üçün əməliyyat başlayıb.

Milli.Az