Braziliyada təyyarə qəzaya düşdü, ölənlər var

29 Oktyabr 2023 21:22

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Qəza ölkənin şimal-qərbində, Rio Branko hava limanı yaxınlığında qeydə alınıb. Təyyarədə olan 12 nəfərin hamısı ölüb.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Milli.Az