Vensan Abubakar xəstəxanaya yerləşdirildi

29 Oktyabr 2023 20:53

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən hücumçunun məşqdən sonra halı pisləşib.

Buna görə 32 yaşlı forvard xəstəxanaya aparılıb. Hazırda müalicəsi davam etdirilir.

Qeyd edək ki, oyunçu bu mövsüm ümumilikdə 18 matça çıxıb.  O, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Milli.Az