Hellouin şənliyi yasa döndü - qan su yerinə axdı

29 Oktyabr 2023 22:00

ABŞ-də Hellouin şənliklərində silsilə atışma baş verib.

APA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat ayayıb.

Müxtəlif şatatlarda baş verən insidentlər zamanı 10-a yaxın şəxs ölüb.

Hadisələr ən çox Florida və İndiana ştatlarında cərəyan edib.

Yüzlərlə insanın iştirak etdiyi bayram şənliklərində 60-dan çox insan isə yaralanıb.

Bayram ənənəvi olaraq oktyabrın 31-də qeyd olunur.

Builki Hellouin iş gününə təsadüf etdiyindən bir çox şəhərlərdə şənliklər oktyabrın 28-dən 29-na keçən gecə baş tutub.

Ölənlərin yaş kataeqoriyası 16 ilə 22 arasında dəyişir.

Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahla bir neçə nəfəri saxlayıblar.

--------

19:53

ABŞ-nin İndiana ştatında İndianapolis şəhərində ziyafətdə atışma olub, nəticədə 1 nəfər ölüb, daha 8-i yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, bir qadın yerindəcə ölüb, daha bir neçə nəfər xəstəxanalara çatdırılıb.

Cinayətin motivi müəyyən edilməyib. İstintaq tədbirləri həyata keçirilir.

Milli.Az