İsrail Qəzzaya gedən daha bir su kəmərini açdı

29 Oktyabr 2023 19:22

Oktyabrın 28-də İsrail Qəzza zolağına gedən üç su kəmərindən ikincisini açıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.

"İsrail Qəzza zolağına su verən üç su kəmərindən ikincisini şənbə günü yenidən açıb", - məlumatda deyilib.

Nəşr bildirib ki, hazırda anklavda humanitar ehtiyacları ödəmək üçün yetərincə su və qida var.

Milli.Az