"Mən danışıram, başqa cür yazırsınız"

29 Oktyabr 2023 15:00

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən Musiqi Forumunda Xalq artisti Zeynəb Xanlarova da iştirak edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi müxbirlərin suallarını cavabsız qoyub. O, bunun səbəbini isə belə izah edib:

"Kəlmə də kəsmərəm, And içmişəm heç nə danışmayacağam. Mən danışıram, başqa cür yazırsınız. Evdə söz vermişəm ki, danışmayacağam".

Milli.Az