HƏMAS-ın hücumu Qərbə bu mesajı verdi - Lavrov

29 Oktyabr 2023 14:58

Qərb ölkələri artıq narahat olmağa başlayıblar, çünki Ukraynadan bədheybət yaradıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.

"Qərb hazırda bir qədər də qorxmağa başlayıb ki, necə bədheybət yetişdirib: onlar görürlər ki, Zelenski və onun əlaltıları artıq dinləmirlər və Qərbə qarşı daha çox iddialar səsləndirirlər: "Pul azdır, silah azdır", - o bildirib.

Lavrovun fikrincə, HƏMAS-ın İsrailə hücumu Qərbə belə bir siqnal verdi ki, təkcə Ukraynada - Rusiyanı strateji məğlubiyyətə uğratmaq istədikləri döyüş meydanında - deyil, ümumilikdə təhlükəsizlik maraqlarını necə təmin etmək barədə düşünmək lazımdır.

Milli.Az