Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, komanda 10-cu turda səfərdə "Skenderbeu" ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İsgəndərli meydana start heyətdə çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 3-cü dəqiqədə Vüsal vurub. O, 53-cü dəqiqədə isə sarı vərəqə alıb.
Qeyd edək ki, "Eqnatiya" hazırda 20 xalla 1-ci pillədə qərarlaşıb.
Milli.Az