Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü qeyd olunur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, milli bayram münasibətilə Türkiyənin tarixi və mədəni zənginliyi ilə tanınan Kapadokya bölgəsində hava şarları türk bayraqları və Atatürkün posterləri ilə havaya qalxıb.
Hava şarları UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Kapadokya səmasında təxminən 45 dəqiqə uçub.
Turizm mütəxəssisi Mehmet Dinler jurnalistlərə açıqlamasında bölgədəki bütün şar operatorlarının həmin gün şarlarını bayraqlarla bəzədiyini bildirib.
Milli.Az