Qazaxıstandakı partlayışda ölənlərin sayı 36 nəfərə çatdı

29 Oktyabr 2023 11:37

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 36 nəfərin öldüyü təsdiqlənib.

Bildirilib ki, 10 şaxtaçının axtarışları davam edir.

Qeyd edək ki, qəza anında şaxtada 252 nəfər olub. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir.

Milli.Az