Ronaldu boks üzrə dünya çempionu ilə görüşdü

28 Oktyabr 2023 22:53

Britaniyalı boksçu Tayson Fyuri Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu ilə görüşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün Fyuri "Ultimate Fighting Championship" (UFC) üzrə keçmiş çempion Frensis Nqannu ilə döyüşəcək. Döyüşdən əvvəl britaniyalı boksçu Kriştianu ilə söhbətləşib.

Qeyd edək ki, döyüş Ər-Riyadda ağır çəki dərəcəsində baş tutacaq.

Milli.Az