Almaniya Yaxın Şərqə mindən çox hərbçi göndərib

28 Oktyabr 2023 21:41

Almaniya silahlı qüvvələri ölkə vətəndaşlarının münaqişə zonasından çıxarılması üçün mümkün əməliyyat məqsədilə Yaxın Şərqə mindən çox hərbçi yerləşdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda Kiprdə hərbi qulluqçuların əksəriyyəti döyüş hazırlığı vəziyyətindədir.

Mənbələrin məlumatına görə, hər şey hadisələrin gələcək gedişindən asılı olacaq ki, onu da proqnozlaşdırmaq mümkün deyil.

Milli.Az