Maltada Ukrayna ilə bağlı sammit başladı

28 Oktyabr 2023 20:21

Bu gün Maltada Ukraynaya dair üçüncü sülh sammiti işə başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Yermak vurğulayıb ki, sammitdə Ukrayna sülh formulunun beş maddəsinin icrası planları təqdim olunacaq və müzakirə ediləcək: nüvə, enerji və ərzaq təhlükəsizliyi, humanitar istiqamət (əsir və deportasiya olunan şəxslərin azad edilməsi), Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası.

Qeyd edək ki, sammitdə dünyanın 65-dən çox ölkəsinin təmsilçisi iştirak edir.

Milli.Az