İstanbulda “Böyük Fələstin Mitinqi” keçirilir - FOTO

28 Oktyabr 2023 17:35

İstanbulda "Böyük Fələstin Mitinqi" keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, on minlərlə insan İsrailin Qəzzadaki hərbi əməliyyatlarına etiraz olaraq İstanbul Atatürk Hava Limanında toplanaraq Fələstin xalqına dəstəyini nümayiş etdirir.

Mitinqdə prezident Rəcəb Tayyib Ərdoğanın çıxış etməsi gözlənilir. Bundan əlavə, "Cümhur İttifaqı"na daxil olan siyasi partiyaların liderləri də mitinqdə iştirak edəcəklər.

Milli.Az