Vüsalə 2 dəfə mikrofonu onlara uzatdı - Bacılar görün nə etdi - VİDEO

28 Oktyabr 2023 17:11

Xəbər verdiyimiz kimi, ötən gün müğənnilər Sevil və Sevinc  Səfərova ilə aparıcı Vüsalə Əlizadə arasında efirdə gərgin anlar yaşanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, mübahisədən sonra bacılar proqramda mahnı oxumaqdan imtina ediblər. Belə ki, Vüsalə onlardan canlı oxumalarını istəyib. 

Aparıcı mikrofonu ifaçılara verib. Əkizlər isə mikrofonu kənara ataraq, oxumayacaqlarını bildiriblər.

Qeyd edək ki, V.Əlizadə "İncə səhər" proqramına gələn bacılardan yemək bişirmələrini istəyib. Onlar isə "Biz bura yemək hazırlamağa yox, mahnı oxumağa gəlmişik" cavabını veriblər.  

Milli.Az