Maskdan ironiyalı İran paylaşımı: ABŞ-ı ələ saldı - FOTO

28 Oktyabr 2023 16:25

"SpeysX" şirkətinin qurucusu İlon Maskın İranla bağlı paylaşımı müzakirələrə səbəb olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə Maskın paylaşımı ABŞ hakimiyyətini ələ salması kimi qəbul edilib.

"Ah iranlılar... İran müharibə istəyir. Görün, onlar öz ölkələrini bizim hərbi bazalarımıza necə yaxınlaşdırıblar", - Mask paylaşımında bildirib.

Milli.Az