Keçmiş həyat yoldaşına bənzəyən sevgilisnə sürpriz etdi - FOTO

28 Oktyabr 2023 12:37

56 yaşlı aktyor Vinsent Kassel və onun yeni sevgilisi, 27 yaşlı avstraliyalı model Nara Baptista Romada paparassilərə tuş gəlib. 

Milli.Az olay-a istinadən bildriir ki, aktyor sevgilisinə ad günü münasibəti ilə sürpriz hazırlayıb. 

Cütlük məşhur italyan restoranlarından birində nahar edib.

Vinsent və "Miss Universe Australia 2020" müsabiqəsinin iştirakçısı münasiəbtlərini gizlətmir və bir-birlərinin şəkillərini "İnstaqram"da yayımlayırlar.

İnternet istifadəçiləri fransız aktyorun yeni sevgilisini onun keçmiş həyat yoldaşı Tina Kunaki ilə müqayisə etməkdən çəkinmirlər. Cütlük yeddi illik görüşdən sonra bu ilin aprelində ayrılıb.

Milli.Az