HƏMAS Hava Qüvvələrinin komandiri öldürüldü

28 Oktyabr 2023 10:21

İsrail Müdafiə Ordusu HƏMAS hava qüvvələri komandiri Asem Abu Rakabı zərərsizləşdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, Asem Abu Rakab oktyabrın 7-də Qəzza zolağı ətrafındakı yaşayış məntəqlərində qətliam törədilməsinin planlaşdırılmasında iştirak edib. O, həmçinin paraplanlarda İsrailə daxil olan terrorçulara rəhbərlik edirdi.

Milli.Az