Bakıda daha bir tələbə ölümü
19 May 2010 10:25
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs İmişli rayon sakini, 17 yaşlı Emin Cabbarlıdır.
Mərhumun meyiti bu gecə saat 01:00 radələrində yaşadığı 9-cu Əhmədli küçəsi, 26 saylı evin həyətində dəmir borudan kabellə asılmış vəziyyətdə aşkarlanıb.
Mərhum Əzim Əzimzadə adına Heykəltəraşlıq Texnikumunun 1-ci kurs tələbəsi idi.
Meyitdə intihar əlamətləri olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, bu hadisə son sutka ərzində baş vermiş ikinci tələbə ölümüdür. Mayın 18-də Nərimanov rayonunda Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi Böyükkişi Əliyev özünü öldürüb.
Anar Məmmədov
Milli.Az
Xəbərə uyğun link
Universitet tələbəsi özünü öldürdü - ƏLAVƏ OLUNUB