Ruslar Xersona zərbələr endirdi

27 Oktyabr 2023 23:05

Rusiya qoşunları Xerson şəhərini raket atəşinə tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib.

O bildirib ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Prokudin həmçinin iki evin dağıldığını, 10 evin isə zərər gördüyünü açıqlayıb.

Milli.Az