Adnan Oktarın "radarında" bu müğənni də var imiş -"13 yaşım olanda..." - FOTO

27 Oktyabr 2023 17:45

"Kedicik" adlı sənədli filmdə Adnan Oktarın mütəşəkkil cinayət qruplaşmasının uşaqları və qadınları necə tələyə saldığı açıqlanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənədli film böyük əks-səda yaratsa da, məlum olur ki, müğənni Aleyna Tilki də 13 yaşında təşkilatın radarında olub.

Aleyna Tilki təşkilata daxil edilməyə çalışılıb. Anası Havva Öztelə məxsus tələbə yataqxanasının reklamında anasına dəstək olan Tilki Mərmərə Universitetinin qarşısında reklam broşürləri paylayarkən "Kedicik" ləqəbli qadınlardan biri ona yaxınlaşaraq təklif edib. 

Həmin vaxt cəmi 13 yaşı olan Tilki ilə əlaqə saxlayan şəxs "Sən çox istedadlısan, albom hazırlamalısan" deyərək ona e-mail ünvanını verib.

Anasının diqqətli davranışından sonra Aleyna Tilki Adnan Oktar cinayət təşkilatı ilə əlaqə saxlamaqdan son anda xilas olub.

Öztelin yaxın ətrafına "Bu mövzularda çox həssasam. Bir çox gənc qız bu şəkildə aldadılmağa çalışılıb. Belə vəziyyətlərə şüurlu yanaşmaq lazımdır" deyib.

Fidan
Milli.Az