Dönərdən zəhərlənən məktəblilərin son durumu

27 Oktyabr 2023 09:03

Bakıda dönərdən zəhərlənən məktəblilərin son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

Milli.Az