Alimlər 500 il əvvəl yaşamış qızın görünüşünü yenidən bərpa ediblər - FOTO

27 Oktyabr 2023 13:46

Peru alimləri 500 il əvvəl And dağlarında qurban edilmiş və mumyalanmış gənc qızın üzünün bərpadan sonra görüntüsünü yayıblar.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə BBC xəbər verir.

Qızın hələ 1995-ci ildə aşkar edilmiş mumiyalanmış cəsədi, demək olar ki, tamamilə - üz hissəsi istisna olmaqla, nisbətən yaxşı qorunub saxlanılıb.

140 sm boyu olan Xuanita ölən zaman 13-15 yaşlarında və  təxminən 35 kiloqram ağırlığında olub.

Yeniyetmənin ölümünün bilavasitə səbəbi sağ oksipital lob nahiyəsində başına güclü zərbə olub. Yəni qızın kəllə sümüyü arxadan güclü zərbə ilə deşilib.

Arxeoloq Oskar Nilsson deyir: "Tədqiqat nəticələri onun həyatını və İnk mədəniyyətini daha yaxşı başa düşməyə kömək edir".

Onun sözlərinə görə, qızı bərpa etmək üçün ona təxminən 400 saatlıq iş lazım olub.

Ən çətini qızın kəllə sümüyünün strukturunu, daha doğrusu, itirilmiş üz hissəsini mümkün qədər dəqiq modelləşdirmək idi.

Genomu deşifrə edən elm adamları kifayət qədər yüksək dəqiqliklə kəllə sümüyünün strukturunu yenidən qura biliblər.

Son təxminlərə görə, Xuanita 1440-cı illərdə öldürülüb. 

Milli.Az