Kabildə güclü partlayış: ölənlər var

26 Oktyabr 2023 23:22

Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində iki nəfər ölüb, 9 nəfər yaralanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tolonyus" məlumat yayıb

Partlayışın bazarda baş verdiyi bildirilib.

Hadisə yerinə polis cəlb olunub. Partlayışın səbəbi bəlli deyil.

Milli.Az