Baydenin hədəsinə İranın "cavabı": böyük təlim başlayır

26 Oktyabr 2023 23:08

Yaxın günlərdə İran silahlı qüvvələri "Güc-2023" şüarı altında irimiqyaslı hərbi təlimlər keçirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Təlimlərə ordunun bütün növ texnikası, o cümlədən tank, artilleriya, raket, desant və digər bölmələri cəlb olunacaq.

Təlimlər İranın mərkəzində yerləşən İsfahan şəhəri yaxınlığındakı Nəsrabad bölgəsində baş tutacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin hədəsindən sonra İran ordusunun təlim keçirəcəyi haqda məlumatı diqqət çəkib.

Milli.Az