Ukrayna ordusundan sıçrayış – Bu istiqamətdə durum dəyişdi

26 Oktyabr 2023 22:12

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları davam edir, bir sıra istiqamətlərdə müsbət nəticələr var.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna qüvvələri Zaporoje vilayətində və Baxmut şəhəri (Donetsk) ərazisində hücumlarını davam etdirir.

Son geolokasiya görüntüləri Ukrayna qoşunlarının Robotindən qərbə (Zaporoje) doğru irəlilədiyini göstərir. Baş Qərargah da bildirib ki, Ukrayna qüvvələri Verbovoydan qərbdə (Robotindən 9 km qərbdə) uğur qazanıb.

Milli.Az