İsveçdə Quranı yandıran şəxs deportasiya ediləcək

26 Oktyabr 2023 21:54

İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsveç İmmiqrasiya İdarəsinin mətbuat katibi Jesper Tenqrot "TV4" kanalına bildirib.

O, Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu söyləyib.

Tenqrot qeyd edib ki, ona bu tarixdən sonra yaşayış və iş icazəsi verilməyəcək və Momika deportasiya ediləcək.

Milli.Az