Möhür nə qədər hündür olduqda namaz batildir?

27 Oktyabr 2023 01:16

Sual: Əgər bir neçə möhürü üst-üstə qoysaq, yaxud möhür hündür olsa namazımız batildirmi?

Cavab: O halda batil olar ki, onun hündürlüyü dörd bağlı barmaqdan hündür olsun. Amma dörd bağlı barmaq hündürlüyündə, yaxud bundan az ölçüdə olsa işkalı yoxdur.

Milli.Az