Səsli və video zəng “X”də artıq mövcuddur - FOTO

26 Oktyabr 2023 17:59

"SpaceX" şirkətinin təsisçisi İlon Maska məxsus "X" (keçmiş "Twitter") şirkəti çoxdan gözlənilən səsli və görüntülü zəng funksiyasını təqdim edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, çoxdan gözlənilən xüsusiyyət bu gün istifadəyə verilib. Yeni funksiya hərkəs üçün əlçatandır.

"X"də (keçmiş "Twitter") səsli və video zəng funksiyasından istifadə etmək üçün sizə bu ayarlar lazımdır.

1) Əvvəlcə tətbiqi açın.

2) Sonra "Parametrlər və Dəstək" bölməsinə daxil olun.

3) Bu bölmədən "Parametrlər və Məxfilik" bölməsini seçin.

4) Sonra "Birbaşa Mesajlar" seçiminə klikləyin.

5) Burada "Səsli və video zəngini aktivləşdir" bölməsini aktivləşdirin.

6) Nəhayət, kimin zəng edə biləcəyini seçin.

Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Milli.Az