Paşinyan yenə MDB sammitindən imtina etdi

26 Oktyabr 2023 14:59

Ermənistan Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən MDB Hökumət Başçıları Şurası və Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Buna səbəb isə Paşinyanın III Tiflis İpək Yolu Beynəlxalq Forumunda iştirak etmək məqsədilə Gürcüstana səfər etməsi göstərilib.

Bişkekdəki görüşlərdə Ermənistanı Baş nazirin müavini Mger Qriqoryan təmsil edəcək.

Qeyd edək ki, Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasına da qatılmamışdı.

Milli.Az