Kreml: "Paşinyanın dediklərinə aydınlıq gətirəcəyinə ümid edirik"

26 Oktyabr 2023 13:31

Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizlik sahəsindəki əlaqələrin şaxələndirilməsi ilə bağlı dediklərinə aydınlıq gətirəcəyinə ümid edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, bu məsələ Ermənistanla təmaslar zamanı müzakirə ediləcək.

Milli.Az