Hollivud ulduzunda beyin xərçəngi aşkarlandı

26 Oktyabr 2023 14:30

Amerikalı kinoaktyor Erik Censenin beynində dördüncü dərəcəli xərçəng şişi aşkarlanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki,  bu barədə aktyorun ailəsi məlumat yayıb. Aktyor cəmi 6 ay öncə beyin anevrizması xəstəliyinin cəngindən yaxa qurtarmışdı.

Xərçəng artıq aktyorun qaraciyərində metastaz verib. Bununla belə ailəsi mübarizə aparıb, aktyorun həyatını xilas etməyə qərar verib. Onun keçirəcəyi 2 əməliyyat üçün 300 min dollar tələb olunur.

Milli.Az