Azərbaycanda "TikTok" sosial şəbəkəsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına dair məlumatlar yayılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən bildiriblər ki, "TikTok" sosial şəbəkəsinə qoyulan məhdudiyyət aradan qaldırılmayıb.
Qeyd edək ki, Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı "TikTok" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.
Milli.Az