Ağalıya köçən sakin: Zəngilandan zorla ayrıldığım günləri indi də xatırlayıram

26 Oktyabr 2023 09:00

Ermənilərin təcavüzü nəticəsində Zəngilandan zorla ayrıldığım 1993-cü ili indiki kimi xatırlayıram, çox çətin günlər idi. Bu gün isə yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət etsin, onların sayəsində torpaqlarımız işğaldan azad olundu.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri müsahibəsində doğma yurduna qayıdan Zəngilan rayonunun Ağalı kənd sakini Zeynəb Alıyeva söyləyib.

Zəngilandan oktyabr ayında ayrıldığını bildirən Z. Alıyeva deyib: "Təxminən otuz ildən sonra eyni ayda- oktyabrda məcburi köçkün düşdüyümüz doğma yerlərə gedirik".

Milli.Az